PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR – Xəstəxanadadır - FOTO

DÜNYA

15 Aprel 2024 23:31

Oxunma sayi: 301
PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR –  Xəstəxanadadır - FOTO

Avropada yaşayan azərbaycanlı jurnalist Xəyal Əzizbəyli PKK tərəfdarlarının hücumuna məruz qalıb.

Azmedia.Az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, hadisə Strasburqda Avropa Şurası Parlament Assambleyasının binası qarşısında baş verib.

Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalana azadlıq tələbi ilə aksiya keçirən şəxslərlə Xəyal Əzizbəyli arasında qısa dialoq sonradan jurnalistə hücumla nəticələnib.

Jurnalistin aksiya barədə onlara verdiyi sualdan qəzəblənən PKK tərəfdarları Xəyal Əzizbəyliyə çoxsaylı bədən xəsarəti yetiriblər.

Jurnalist polis əməkdaşları tərəfindən ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparılıb.

PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!