Plastik torbalar kağız, parça torbalarla əvəzlənir RƏSMİ

SAĞLAMLIQ

23 Sentyabr 2019 11:16

Oxunma sayi: 347
Plastik torbalar kağız, parça torbalarla əvəzlənir   RƏSMİ

"Yüngül çəkili plastik torbaların ödənişli sisteminin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir".

Azmedia.Az Medicina.az-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. Onun sözlərinə görə, çox yüngül ("pinqvin") torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib:

"Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!