Polis itkin düşən bu şəxsi axtarır - FOTO

ÖLKƏ

26 Mart 2024 18:00

Oxunma sayi: 161
Polis itkin düşən bu şəxsi axtarır -  FOTO

Salyan rayon sakini, 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, H.Süleymanovun boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!