Polis maarifləndirmə tədbirlərini davam etdirir - VİDEO

ÖLKƏ

26 Aprel 2024 16:40

Oxunma sayi: 898
Polis maarifləndirmə tədbirlərini davam etdirir  - VİDEO

Polis maarifləndirmə tədbirlərini davam etdirir.

Azmedia.Az  xəbər verir ki, Xətai rayonu 64 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “İnsan alveri və qadın zorakılığı cəmiyyətin bəlasıdır” mövzularında görüş keçirilib. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər. 

Polis əməkdaşları tərəfindən narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edilib. Erkən nikah hallarına, insan alveri və qadın zorakılığına qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!