Polşada naməlum şəxslər sinaqoqu yandırmağa cəhd ediblər

DÜNYA

01 May 2024 18:00

Oxunma sayi: 313
Polşada naməlum şəxslər sinaqoqu yandırmağa cəhd ediblər

Naməlum şəxslər Polşanın paytaxtı Varşavanın mərkəzində yerləşən sinaqoqu yandırmağa cəhd ediblər.

Azmedia.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.

“Ravvin Mixael Şudriç məlumat verib ki, naməlum şəxslər “Molotov kokteyli” ilə Nojik sinaqoqunu yandırmağa cəhd ediblər. Hadisə nəticəsində heç kəs zərər görməyib”, - nazir “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Polşa KİV-lərinin məlumatına görə, paytaxt polisi hadisə ilə bağlı məlumatlandırılıb və artıq araşdırma aparılır.

Xatırladaq ki, Nojik Polşa Yəhudi İcmaları İttifaqının əsas sinaqoqudur. O, İkinci Dünya müharibəsi zamanı Varşavada dağıdılmamış yəhudilərə məxsus yeganə məbəd idi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!