Postsovet məkanının ən bahalı futbolçusu müəyyənləşib - FOTO

İDMAN

26 Mart 2024 01:10

Oxunma sayi: 153
Postsovet məkanının ən bahalı futbolçusu müəyyənləşib -  FOTO

Transfermarkt portalı özünün “Telegram” kanalında postsovet məkanının ən bahalı futbolçularının siyahısını dərc edib.

Birinci yeri “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya tutub. Onun dəyəri 80 milyon avrodur. İkinci yerdə Aleksandr Zinçenko (42 milyon avro) qərarlaşıb. İlk üçlüyü Mixail Mudrik (35 milyon avro) qapayıb.

Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulunda “Dinamo”dan (Batumi) “Napoli”yə keçib. Ötən mövsüm “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub. Kvaratsxeliya isə 34 oyun keçirib, 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!