Premyer Liqa klubunun prezidenti və qardaşı futboldan gedir…

İDMAN

02 Aprel 2024 15:12

Oxunma sayi: 244
Premyer Liqa klubunun prezidenti və qardaşı  futboldan gedir…

«Araz-Naxçıvan»ın rəhbərliyində dəyişiklik gözlənilir.

Bu barədə saytımıza yeni məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, Ramin Axundov prezident postu ilə vidalaşmağa hazırlaşır.

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşının mayın sonunda Muxtar Respublika təmsilçisi ilə vidalaşacağı bildirilir.

Səbəb? Qardaşların klubun maliyyələşdirilməsi prosesində tək qalması.

Problem cari ilin ilk ayından başlayaraq özünü hiss etdirib. Kluba maddi dəstək göstərəcəyinə söz verən yerli biznesmenlər 2024-cü ilin əvvəlinədək vədini yerinə yetirib, sonrakı müddətdə isə tədricən geri çəkiliblər.

Çox təəssüf ki, bölgə nümayəndəsi hazırda yalnız 1 şəxsin - Zaur Axundovun ümidinə qalıb.

Azərbaycan Futzal Federasiyasının prezidenti isə qardaşı Ramin Axundovun prezidenti olduğu kluba gücü çatdığı qədər yardım edə bilir.

Sözügedən iş adamının imkanları isə illər əvvəlki kimi geniş deyil, məhduddur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!