PSJ-nin sərvətini rədd edən Osimhen bu klubu seçdi

İDMAN

09 May 2024 18:20

Oxunma sayi: 388
PSJ-nin sərvətini rədd edən Osimhen bu klubu seçdi

Kilian Mbappeni əvəzləmək üçün hərəkətə keçən PSJ "Napoli"nin mərkəz hücumçusu Viktor Osimhenə təklif göndərib.

Azmedia.Az xəbər verir ki, nigeriyalı futbolçu PSJ-nin təklifini rədd edib. İtalyan jurnalist Canluka di Marzionun xəbərinə görə, nigeriyalı hücumçu iddialı təklifə baxmayaeaq. PSJ-yə keçməkdən imtina edib. Di Marzionun sözlərinə görə, Osimhen İngiltərə Premyer Liqasında oynamağa üstünlük verir.

"Napoli"nin mümkün transfer üçün "Çelsi" ilə danışıqlara başladığı bildirilir. "Napoli"nin Osimhen üçün yüksək transfer haqqı + Romelu Lukakunu istədiyi qeyd edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!