PSJ “Real”la oyuna Neymar və Mbappesiz çıxacaq

İDMAN

16 Sentyabr 2019 20:13

Oxunma sayi: 307
PSJ “Real”la oyuna Neymar və Mbappesiz çıxacaq

PSJ Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində "Real"la qarşılaşacaq.

Azmedia.Az komanda.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə AS nəşri məlumat yayıb.

PSJ-nin futbolçuları Neymar və Kilian Mbappe "Real"a qarşı oyunda forma geyinməyəcək. Mbappe zədə səbəbindən bu qarşılaşmanı buraxacaq. Neymar isə ötən mövsüm Çempionlar Liqasında "Mançester Yunayted"lə oyunda (1:3) qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb və bu səbəbdən də Madrid təmsilçisi ilə görüşdə olmayacaq.

Sentyabrın 18-də keçiriləcək PSJ - "Real" matçı saat 23:00-da start götürəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!