Putin çeçen komandirə yüksək vəzifə verdi

DÜNYA

17 Aprel 2024 04:43

Oxunma sayi: 158
Putin çeçen komandirə yüksək vəzifə verdi

Rusiya Prezidenti Vladimir Putin "Əhməd" xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinovun Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilməsi haqqında fərman imzalayıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, eyni fərmanla Alaudinov Rusiya Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandirinin müavini vəzifəsindən azad edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!