Putin erməniəsilli diplomatı işdən çıxardı - FOTO

SİYASƏT

09 Aprel 2024 14:53

Oxunma sayi: 171
Putin erməniəsilli diplomatı işdən çıxardı -  FOTO

Rusiya Prezidenti Vladimir Putin erməniəsilli Mikael Ağasandyanı Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edib.

Azmedia.Az xəbər verir ki, bu barədə dövlət başçısının aprelin 9-da rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanında bildirilir.

Digər sərəncamla bu vəzifəyə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev təyin edilib.

Fərman imzalandığı gündən qüvvəyə minib.

Mənbə: İzvestiya

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!