“Qalatasaray“da növbəti rekord transfer planı: 30 milyon avro

İDMAN

02 May 2024 13:30

Oxunma sayi: 401
“Qalatasaray“da növbəti rekord transfer planı:  30 milyon avro

Ara transfer dövründə Saşa Boeyi 30 milyon avroya "Bavariya"ya göndərən "Qalatasaray" daha 30 milyon avroluq transfer planı həyata keçirib.

Azmedia.Az xəbər verir ki, "Qalatasaray" transfer söz-söhbətlərində adı hallanan 3 müdafiəçi ilə bağlı qərarını verib.

"Sarı-qırmızılar" Viktor Nelsonu komandada saxlamaq qərarına gəlib. Daha əvvəl bir neçə dəfə komandadan ayrılacağı gündəmdə olan Nelsonun növbəti mövsümdə də komandada qalacağı vurğulanıb.

Transfer təklifləri aldığı iddia edilən Abdülkerim Bardakcı da 2024-25 mövsümündə "Qalatasaray"da olacaq. Rəhbərliyin növbəti mövsüm üçün legioner limitini nəzərə alaraq milli müdafiəçini komandada saxlamağa qərar verdiyi bildirilib.

Digər tərəfdən Davinson Sançesin transferinə şərti razılıq verilib.

"Sarı-qırmızılılar"ın 25-30 milyon avro civarında təklif alınacağı təqdirdə Davinsonu göndərəcəyi və sözügedən məbləği transferlərə xərcləyəcəyi qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!