Qara Qarayevdən “Qarabağ“ cəbhəsinə sərt sözlər: “Əgər şərəfiniz varsa...“ - ÖZƏL VİDEO

İDMAN

03 Aprel 2024 09:13

Oxunma sayi: 1724
Qara Qarayevdən “Qarabağ“ cəbhəsinə sərt sözlər:  “Əgər şərəfiniz varsa...“ - ÖZƏL VİDEO

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.

Söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında başverənlərdən gedir.

0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.

Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.

18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahurat səsləndiriblər.

Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.

Ardınca tribunalara yaxınlaşan futbolçu "Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın" - deyib.

Özəl görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!