“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu - FOTO/VİDEO

İDMAN

29 Mart 2024 21:03

Oxunma sayi: 184
“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu -  FOTO/VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

Azmedia.Az xəbər verir ki, buna “Qarabağ” sona səkkiz tur qalmış nail olub.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!