“Qarabağ” bu qapıçını transfer etmək istəyir - FOTO

İDMAN

07 Aprel 2024 15:51

Oxunma sayi: 1032
“Qarabağ” bu qapıçını transfer etmək istəyir  - FOTO

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Azmedia.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub.

Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"sunda forma geyinən 25 yaşlı qolkiper hələ Andrey Lunyovun keçidindən əvvəl də "Qarabağ"ın maraq dairəsində olub. Ağdamlılar yenidən onun transferini nəzərdən keçirməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, Nevistiçin transfer dəyəri 850 min avro ilə dəyərləndirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!