“Qarabağ” “Neftçi”ni darmadağın etdi

İDMAN

03 Aprel 2024 02:15

Oxunma sayi: 168
“Qarabağ” “Neftçi”ni darmadağın etdi

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Azmedia.Az xəbər verir ki, Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"nin qonağı olub. Matç son çempionun böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. "Qarabağ" bu qələbə ilə mərhələnin taleyini böyük ölçüdə həll edib.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması sabah keçiriləcək. "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edəcək.

Əlavə edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.

2 aprel (çərşənbə axşamı)

20:00.“Neftçi” – “Qarabağ” - 0:4 

Qollar: Toral Bayramov, 14-pen., 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov

“Neftçi Arena”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!