“Qarabağ“ “Real Madrid“in sabiq üzvünü TRANSFER EDİR? RƏSMİ AÇIQLAMA

İDMAN

04 Sentyabr 2019 18:45

Oxunma sayi: 308
“Qarabağ“ “Real Madrid“in sabiq üzvünü TRANSFER EDİR?   RƏSMİ AÇIQLAMA

"Qarabağ"ın danışıqlar apardığı daha bir futbolçunun kimliyi məlum olub.

Azmedia.com.az Redaktor.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi yarımmüdafiəçi Lukas Silva Borxeslə maraqlanır.

26 yaşlı braziliyalı yerli "Kruzeyro"nun yetirməsidir. O, adıçəkilən klubun əsas heyətində 3 mövsüm (2012-2015) keçirib, 58 oyuna 3 qol vurub, iki dəfə Braziliya çempionu titulunu qazanıb.

Növbəti il "Real"a transfer olunan "sambaçı" Madrid komandasında 8 matça çıxıb. İspaniya nəhənginin düşərgəsində 6 ay qalan Lukas daha sonra Fransaya yollanıb.

22 dəfə "Olimpik"in (Marsel) formasını geyinən cənubi amerikalı 2017-ci ildə təkrar "Kruzeyro"ya dönüb. Lukas ölkəsinin U-20 və U-23 yığmalarının şərəfini qoruyub. 

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama "Qarabağ" klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu haqda məlumatı olmadığını bildirib:

"Hazırda məzuniyyətdəyəm. Buna baxmayaraq klubla bağlı yetərincə məlumatım var. Yayılan informasiya doğru deyil. Bildiyim qədəri ilə heç bir futbolçu azad agent də deyil. Hazırda Lukas Silva Borxes "Kruzeyro"nun üzvüdür. Ümumiyyətlə, elə bir futbolçu ilə maraqlansaydıq, xəbərim olardı".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!