“Qarabağ“ Zubirlə bağlı qərar verdi: Gedir, ya qalır?

İDMAN

31 Mart 2024 23:23

Oxunma sayi: 376
“Qarabağ“ Zubirlə bağlı qərar verdi:  Gedir, ya qalır?

"Qarabağ" Abdullah Zubiri komandada saxlamağı planlaşdırır.

Azmedia.Az bizim.media-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi fransalı futbolçuya yeni 2 illik müqavilə təklif edib. Tərəflər arasında danışığın mövsümün sonunda aktivləşəcəyi gözlənilir.

"Qarabağ" Zubirlə yeni 2 illik müqavilə imzalayaraq növbəti iki mövsümdə də onun xidmətindən istifadə etməyi planlaşdırır.

Fransalı futbolçunun özünün də Azərbaycan çempionu tərk etmək istəmədiyi deyilir. Onun "Qarabağ"da qalmağa müsbət yanaşdığı iddia olunur.

32 yaşlı futbolçu 2018-cil ildə "Lans"dan "Qarabağ"a keçmişdi. Zubir karyerası ərzində "Qrenbobl", "İstr", "Hibernian", "Petrolul" klublarında oynayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!