“Qarabağ”a qol vuran futbolçu La Liqa klubuna keçdi - FOTO

İDMAN

05 Mart 2024 01:00

Oxunma sayi: 174
“Qarabağ”a qol vuran futbolçu La Liqa klubuna keçdi -  FOTO

İspaniyanın “Atletik” (Bilbao) klubu Portuqaliya “Braqa”sının vingeri Alvaro Calonu transfer edib.

Azmedia.Az xəbər verir ki, bu baradə La Liqa klubundan məlumat verilib.

Məlumata görə, 24 yaşlı futbolçu La Liqa klubuna mövsümün sonunda qoşulacaq.

Bildirilir ki, Calo ilə 5 illik müqavilə imzalanıb.

“Braqa” bu transferdən ümumilikdə 20 milyon avro qazanacaq.

Xatırladaq ki, “Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olub. Alvaro Calo Bakıda keçirilən matçda fərqlənib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!