“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb - FOTO

İDMAN

18 Mart 2024 20:25

Oxunma sayi: 946
“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb -  FOTO

“Qarabağ” və “Neftçi” klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıblar.

Azmedia.Az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” - “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib.

Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün beş oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.

“Neftçi-2” - “Səbail-2” oyununun 17-ci dəqiqəsində “ağ-qaralar”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 150 manat cərimə olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!