Qarabağın futbolçusundan avtomobilinə hücum edən “Neftçi“ azarkeşlərinə: “Maşının içində ailəm...“ - FOTO

ÖLKƏ

03 Aprel 2024 13:42

Oxunma sayi: 157
Qarabağın futbolçusundan avtomobilinə hücum edən “Neftçi“ azarkeşlərinə: “Maşının içində ailəm...“ -  FOTO

“Qarabağ”ın futbolçusu Kevin Medina Azərbaycanlı azarkeşlərə müraciət edib.

Azmedia.Az xəbər verir ki, “köhlən atlar”ın müdafiəçisi şəxsi sosial şəbəkə hesabında paylaşım edib:

“Bu mənim maşınımın oyundan sonraki vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Maşında mənim ailəm ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.

Qeyd edək ki, dünən ölkə kuboku çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından (0:4) sonra futbolçunun avtomobilinə azarkeşlər tərəfindən hücum olunub.//offsideplus.az

IMG 3647

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!