Qaragilənin “qara gündən” çıxaracaq faydaları açıqlandı

SAĞLAMLIQ

07 May 2023 03:43

Oxunma sayi: 522
Qaragilənin “qara gündən” çıxaracaq faydaları açıqlandı

“Yaşlı insanlar öz rasionlarına qaragilə daxil etməlidirlər”.

Bu barədə rusiyalı dietoloq Marqarita Korolyova öz tövsiyələrini verib.

Onun sözlərinə görə, qaragilədə çoxlu faydalı maddələr var.

“Bu meyvədə xüsusilə antosiyaninlər və bioflavonoidlər var ki, onlar qan damarlarının divarlarını gücləndirməyə kömək edir. Bioflavonoidlər, həmçinin beynin fəaliyyətinə müsbət təsir edir, Parkinson, Altsheymer və dağınıq skleroz kimi degenerativ patologiyaların inkişaf riskini azaldır”.

M.Korolyova qaragilənin faydaları arasında gözün tor qişasında yırtıqların qarşısını almasını, həmçinin iltihab əleyhinə təsirini vurğulayıb.

Mənbə: Gazeta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!