Qardaş ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ Onlarla ölü, yüzlərlə yaralı var

DÜNYA

25 Sentyabr 2019 09:00

Oxunma sayi: 350
Qardaş ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ   Onlarla ölü, yüzlərlə yaralı var

Pakistanın Pəncab vilayətində rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələ baş verib.

 

Azmedia.Az Redaktor.az-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 10-a qədər insan həyatını itirib. Yüzə qədər yaralı var. Tələfatın artacağı istisna deyil. Çox sayda tikili sıradan çıxıb. Bölgədə xilasedicilər axtarış işlərini davam etdirir.

 

Məlumata görə, yeraltı təkanların episentri Calem şəhərindən 17 kilometr məsafədə, yerin 8 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar paytaxt İslamabadda və qonşu Hindistanda da hiss edilib. Bəzi mənbələr yeraltı təkanların 5,8 bal gücündə olduğunu qeyd edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!