Qatar relsdən çıxdı 40 yaralı var

DÜNYA

26 Sentyabr 2019 06:12

Oxunma sayi: 290
Qatar relsdən çıxdı   40 yaralı var

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində Zahidan-Tehran istiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

 

Azmedia.az-ın Trend-a istinadən məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti valiliyinin ictimai əlaqələr şöbəsinin baş direktoru Cavad Salarzehi deyib. O, əlavə edib ki, hadisə nəticəsində 40 sərnişin yaralanıb.

 

C.Salarzehinin sözlərinə görə, qəzaya səbəb güclü külək olub. Belə ki, külək nəticəsində relslərin üzəri qumla örtülüb və vaqonlardan biri aşıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!