Qazaxda minaya düşən DSX əməkdaşının son durumu AÇIQLANDI - YENİLƏNİB

ÖLKƏ

29 Aprel 2024 12:50

Oxunma sayi: 659
Qazaxda minaya düşən DSX əməkdaşının son durumu  AÇIQLANDI - YENİLƏNİB

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb. 

Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

**********

Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

Məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. 

O, xəstəxanaya yerləşdirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!