Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb

DÜNYA

30 Aprel 2024 10:02

Oxunma sayi: 372
Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb

Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.

Bu barədə Qazaxıstan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbərinə 2022-ci ilin yanvarında ölkədə baş vermiş faciəvi hadisələrlə bağlı cinayət işi açılıb.  

O, səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Məlumat üçün əlavə edək ki, Erlan Turqumbayev 2019-cu ildən etibarən Daxili İşlər Nazirliyinə rəhbərlik edib və 2022-ci ilin fevralında tutduğu vəzifədən azad edilib. Daha sonra o, altı aya yaxın Qazaxıstan prezidentinin müşaviri olub.

Mənbə: Gov.kz

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!