Qəhvə əvəzinə bunu için

SAĞLAMLIQ

19 İyun 2023 09:14

Oxunma sayi: 608
Qəhvə əvəzinə bunu için

Amerikalı mütəxəssislər sübut ediblər ki, çox qəhvə içmək orqanizmdə bir çox problemlərə səbəb olur. Bəzən isə qəhvə alışqanlıq yaradır. Bunun isə qarşısını mütləq almaq lazımdır. 

Azmedia.Az  xəbər verir ki, orqanizmin qəhvə alışqanlığını zəncirotu dəmləməsi aradan qaldıracaq. Bu otun dəmləməsini içmək orqanizm üçün çox faydalıdır. O insanı 5 il cavanlaşdırır. Qəhvənin orqanizmə vurduğu ziyanı aradan qaldırır. 

Zəncirotu kökünü yuyub, doğrayıb sobada və ya qazın üstündə qovurun. Sonra onu əzib, toz halına gətirin. Qarışıqdan 2 çay qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 5 dəqiqə qaynadın. Sonra zövgə görə süd, qaymaq və şəkər əlavə edin. Bu qarışıqdan içmək insana gümrahlıq verir, həzmə kömək edir, mədə xəstəliklərini aradan qaldırır, qan dövranını yaxşılaşdırır, orqanizmi zəhərli maddələrdən təmizləyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!