“Qış Parkı”nda da parkinq qiymətləri qalxdı - 120 manat - FOTO

ÖLKƏ

27 Mart 2024 05:15

Oxunma sayi: 310
“Qış Parkı”nda da parkinq qiymətləri qalxdı -  120 manat - FOTO

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın bir sıra ərazilərində yeni parkinq qiymətləri açıqlanıb. 

Azmedia.Az Yenisabah.az-a istinadən xəbər verir ki, yeni qiymətlər sürücülər arasında şok effekti yaradıb.

Saytımıza daxil olan məlumata görə, "Qış Parkı"nın dayanacağında da qiymət artımı olub. 

Belə ki, gün ərzində avtomobilini 12-24 saat bu dayanacaqda saxlayan sürücülər 8 manatlarından keçməli olacaqlar. 10-12 saat üçün bu məbləğ 5 manat təyin edilib. 

Aylıq paketlər isə 80 və 120 manat təyin olub. Məlumata görə, əvvəl "Qış Parkı"nda aylıq ödəniş 30 manat olub. 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC metronun 28 May stansiyasının yaxınlığında, Bakı Dəmiryolu Vağzalının ətrafında parkinq qiymətini sutkalıq 30 AZN təyin etməsi etirazla qarşılanmışdı. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!