Qızıla yatırım etmək riskli hesab edilir - VİDEO

İQTİSADİYYAT

07 May 2024 13:05

Oxunma sayi: 445
Qızıla yatırım etmək riskli hesab edilir  - VİDEO

Qızılın qiymətində enmə müşahidə edilir.

Məlumata görə, satıcılar bildirirlər ki, son bir həftədə qızılın satış qiyməti nisbətən düşüb.

Qızıl ucuzlaşdığı zaman investorlar bu məhsula yatırım etmək istəyirlər. Bəs baha alınıb ucuz satılan qızıla yatırım etmək nə qədər sərfəlidir?  

İqtisadçı Rəşad Həsənov hesab edir ki, indiki vəziyyətdə qızıl əşyalarına yatırım etmək risklidir. Onun sözlərinə görə, qızıl bazarında qiymətlər tez-tez dəyişir. Odur ki, bu məhsula investisiya etmək arzusunda olan şəxslər ehtiyatlı olmalıdırlar.

Satıcıların sözlərinə görə, qızıl alınanda üzərindəki bər-bəzəyi qaşı ilə hesablanırsa, alınan zaman sadəcə qızılın çəkisi qiymətə vurulur. Bu da, müştəri üçün itki sayılır.

Qeyd edək ki, hazırda qızıl bazarında Türkiyə istehsalı olan qızılın bir qramının qiyməti 105, italyan qızılı 125-135, ərəb qızılı isə 145 manatdan başlayır.

Ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!