“Qladiator 2“nin çəkilişləri bitdi - FOTO

ŞOU BİZNES

19 Yanvar 2024 18:55

Oxunma sayi: 415
“Qladiator 2“nin çəkilişləri bitdi -  FOTO

23 il sonra yenidən ekranlara gələcək "Qladiator 2" filminin çəkilişləri yekunlaşıb.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə filmin baş rol ifaçısı Pol Meskal paylaşım edib.

O ekran işinin məşhur rejissoru Ridli Skotla fotosunu paylaşaraq ingilis dilində "Son" sözünü yazıb.

"Qladiator 2"də Polla yanaşı, Denzel Vaşinqton, Cozef Kuin, Fred Heinqer və Pedro Paskal kimi aktyorlar da yer alacaqlar. 

Qeyd edək ki, "Qladiator" "Internet Movie Database"də (IMDb) 250 film arasında 36-cı yerdə qərarlaşıb.

2000-ci illərin uğurlu ekran işlərindən olan "Qladiator" "Oscar"da daxil olmaqla 5 mükafat qazanıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!