Qlobal konsaltinq şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir

İQTİSADİYYAT

10 Sentyabr 2024 12:45

Oxunma sayi: 241
Qlobal konsaltinq şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir

Qlobal konsaltinq şirkəti - "FARI Solutions" Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

Azmedia.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş əməliyyat direktoru Şafiq Amiri bildirib.

O, Bakıda "Mənbədən innovasiyalara: kriptovalyuta bazarlarının yolu" mövzusunda keçirilən "Chain Reaction 2024" forumunda iştirak edir.

"FARI Solutions" bütün dünyada dövlət və özəl strukturlarla fəal əməkdaşlıq edir. Biz hökumətlərə rəqəmsal transformasiya ilə bağlı təşəbbüslərdə dəstək göstəririk. Azərbaycan hökumətinə də kömək edə bilərik. Biz hər zaman öz ekspertizamızı təqdim etməyə, irəliləyişə töhfə verməyə, iqtisadiyyatı və ekosistemin inkişafını dəstəkləməyə hazırıq", - deyə Ş.Amiri qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!