“Qurban Qurbanov baş məşqçi gətirilir, digər milli komandalara da o nəzarət edir“

İDMAN

29 Mart 2024 18:34

Oxunma sayi: 174
“Qurban Qurbanov baş məşqçi gətirilir,  digər milli komandalara da o nəzarət edir“

Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı.

Millətlər Liqası yolu ilə uğur əldə edən qonşularımızın həlledici oyunda rəqibi Yunanıstan millisi oldu.

120 dəqiqə qolsuz başa çatan qarşılaşmanın taleyini penaltilər seriyası həll edib.

Burada daha dəqiq olan Villi Sanyolun yetirmələri adını AÇ-2024-ün 24 xoşbəxti arasına yazdıra bildi.

İndi ölkə futbolsevərlərini eyni sual düşündürür: Görəsən, Azərbaycan millisinin də eyni uğuru əldə etməsi üçün nə(lər) lazımdır?

Gündəmin sualına cavab olaraq "Sportinfo"nun "feysbuk" hesabına gələn rəylərin bəzilərini sizinlə bölüşürük:

"Qurban müəllim baş məşqçi olmalıdır. Amma işinə heç kəs qarışmamaq şərtilə".

"Çıxış yolu: AFFA-da hal-hazırda çalışan bütün korrupsionerlər istefaya göndərilir, bir nəfər belə indiki komandadan qalsa belə, nəticə olmayacaq.

"Qurban Qurbanov baş məşqçi gətirilir, digər milli komandalara da o nəzarət edir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!