Qurban Qurbanovun rekordu TƏHLÜKƏDƏ

İDMAN

20 Mart 2024 21:54

Oxunma sayi: 746
Qurban Qurbanovun rekordu  TƏHLÜKƏDƏ

2024-cü ildəki ilk oyununa martın 22-də çıxacaq Azərbaycan millisinin heyətindəki futbolçuların yığma göstəriciləri müəyyənləşib.

Azmedia.Az idman.biz-ə istinadən xəbər verir ki, millinin müvəqqəti baş məşqçisi Arif Əsədovun əsas siyahısında 24, ehtiyat oyunçular sırasında 4 futbolçu yer alıb.

Millinin ən təcrübəli üzvü Bədavi Hüseynovdur. O, 68-ci matçına çıxa bilər. Ramil Şeydayev isə yubiley – 60-cı oyun astanasındadır.

Beş futbolçu isə debüt anını gözləyir. Rza Cəfərov, Emil Mustafayev, həmçinin ehtiyat siyahıda yer alan Rövlan Muradov, Orxan Əliyev və Abdullazadə hələ yığmada şans qazanmayıb.

Hazırkı heyətin bombardiri Emin Mahmudovdur. Onun hesabında 13 qol var.

Yarımmüdafiəçi 1 qol vursa, milli tarixinin ən yaxşı bombardiri adına şərik çıxacaq. O, Qurban Qurbanovun rekorduna çatmaq imkanına malikdir.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustanla qarşılaşacaq.

futbolçular

oyun

qol

Bədavi Hüseynov

67

1

Ramil Şeydayev

59

10

Emin Mahmudov

45

13

Renat Dadaşov

28

3

Bəhlul Mustafazadə

27

0

Şahrudin Məhəmmədliyev

26

-33

Eddi İsrafilov

24

0

Səlahət Ağayev

21

-26

Aleksey İsayev

20

1

Coşqun Diniyev

20

0

Toral Bayramov

19

1

Elvin Cəfərquliyev

17

1

Rahil Məmmədov

16

0

Elvin Camalov

15

0

Filip Ozobiç

13

1

Musa Qurbanlı

10

1

Qismət Alıyev

8

0

Amin Seydiyev

7

0

Ozan Can Kökçü

6

0

Bəxtiyar Həsənalızadə

4

0

Vüsal İsgəndərli

3

0

Ceyhun Nuriyev

1

0

Emil Mustafayev

0

0

Rza Cəfərov

0

0

Orxan Əliyev*

0

0

Rüfət Abdullazadə*

0

0

Murad Xaçayev*

1

0

Rövlan Muradov*

0

0

* - ehtiyat siyahıda yer alan futbolçular.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!