Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - FOTO

ÖLKƏ

09 May 2024 11:12

Oxunma sayi: 240
Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi  - FOTO

Qusar şəhər meşəsində böyük bir ərazinin satıldığı iddia edilir.

Azmedia.Az  xəbər verir ki, sözügedən ərazidə ev tikmək üçün 4200-dən artıq ağacın kəsiləcəyi bildirilir.

Ərazinin xəritədən və real görüntüləri isə belədir:

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev qeyd olunan ərazidə aparılan bütün tikinti işlərinin dayandırıldığını dedi.

“Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - deyə E. Hacıyev əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!