Rayonda ŞOK HADİSƏ: Yas çadırı qurulub və məzar yeri qazılıb. - “Meyit“ dirilib və “Məni hara aparırsınız?“

ÖLKƏ

28 Aprel 2024 10:41

Oxunma sayi: 422
Rayonda ŞOK HADİSƏ: Yas çadırı qurulub və məzar yeri qazılıb. -  “Meyit“ dirilib və “Məni hara aparırsınız?“

Ürəyinə damar tıxanması səbəbindən bir neçə stend qoyulan 50 yaşında bir vətəndaşımız iki gündən sonra müayinə üçün yenidən əməliyyat olunduğu xəstəxanaya aparılıb.

Azmedia.Az Moderator.az-a istinadən xəbər verir ki, həkimlər bildiriblər ki, hər şey qaydasındadır və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib. Pilləkənlərlə aşağı düşərkən xəstənin halı qəflətən pisləşib və təkrarən qolundan tutub həkimlərin kabinetinə çatdırıb yerdə uzadıblar. Xəstəni təkrar müayinə edən həkimlər onun artıq dünyasını dəyişdiyini bildiriblər.

Beləliklə, Bərdəyə həmin şəxsin ölüm xəbəri verilib və "cənazə"ni təcili yardım maşını ilə rayona aparıblar. Rayonda yas çadırı qurulub və məzar yeri qazılıb. Amma xoşbəxtlikdən bu zaman kimsənin ağlına gəlməyən bir olay baş verib. Yolda silkələnmədən və ya hansısa naməlum səbəbdən "meyit" dirilib və "məni hara aparırsınız" sualı verərək hamını şoka salıb.

Beləliklə, xəstəni Bərdə rayonuna aparıblar və dəvət olunmuş həkimlər - kardioloq və nevropatoloq onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Qeyd edək ki, xəstənin adı-soyadı və olayın paytaxtın hansı xəstəxanasında yaşandığı barədə Moderator.az-da dəqiq məlumat var. Amma hələ ki, bu barədə ətraflı məlumat verilməsini məqsədəuyğun hesab etmirik. Ümid edirik ki, Səhiyyə Nazirliyi məsələyə reaksiya verəcək və yalnız bundan sonra oxucularımıza əlavə maraqlı məlumatlar verəcəyik

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!