“Real Madrid” qərar verdi: Klubdan gedəcək ilk oyunçu kim olacaq? - FOTO

İDMAN

03 Aprel 2024 14:31

Oxunma sayi: 168
“Real Madrid” qərar verdi: Klubdan gedəcək ilk oyunçu kim olacaq? -  FOTO

İspaniyanın “Real Madrid” klubunda bu mövsüm ilk olaraq hansı oyunçunun gedəcəyi məlum olub.

Azmedia.Az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat verib.

Fabrizio Romanonun məlumatına görə, qapıçı Tibo Kurtua zədələndikdən sonra icarəyə götürülən Kepa Arrizabalaqa gələn mövsüm “Çelsi”yə dönəcək.

“Real Madrid” rəhbərliyi ispaniyalı qapıçının oyunundan razı qalmadığı üçün onunla yollarını ayırmaq qərarına gəlib.

Mənbə: Haber Global

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!