Rəfiqələr “iPhone”a görə 19 yaşlı gənci zorlayıb kameraya çəkdilər

DÜNYA

26 Sentyabr 2019 14:42

Oxunma sayi: 836
Rəfiqələr “iPhone”a görə 19 yaşlı gənci zorlayıb kameraya çəkdilər

Tatarıstanda iki rəfiqə onlardan birinin “iPhone”nu zədələdiyini iddia edərək, 19 yaşlı gəncə təcavüz edib.

 

Bu barədə “Tatar-inform” məlumat yayıb.

 

Hadisə Buqulma şəhərində baş verib. 22 yaşlı qız tanışını sınmış smartfonu düzəltmək üçün evinə dəvət edib. Gənc bir neçə dəqiqəlik gedib və geri qayıdanda evdə qızın 30 yaşlı rəfiqəsini və ekranı çatlamış “iPhone”u görüb. 

 

Qadınlar oğlanı günahlandırıb və dəymiş ziyanı ödəməsini tələb ediblər. Rədd cavabı aldıqdan sonra onlar seks oyuncağının köməyilə oğlana təcavüz edib və bunları videoya çəkiblər.

 

Təcavüzkarlar videonu sosial şəbəkəyə yerləşdirməklə hədələyiblər. Oğlan pul gətirmək adı ilə evdən çıxıb və polisə gedib. 

 

Polisdə dərhal cinsi zorakılıqla bağlı cinayət işi açılıb.

 

Cinayətkarlar tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!