Ronaldo karyerasını nə vaxt başa vuracaq? - Corcina AÇIQLADI

İDMAN

03 Mart 2024 23:39

Oxunma sayi: 403
Ronaldo karyerasını nə vaxt başa vuracaq? -  Corcina AÇIQLADI

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes futbolçunun karyerası barədə danışıb.

Azmedia.Az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Paris Moda Həftəsinin tədbirinə qatılarkən deyib.

"Bəlkə bir il daha oynayar. Bundan sonra karyerasını başa vuracaq. Amma bəlkə iki il də oynaya bilər. Mən dəqiq bilmirəm", - Corcina bildirib.

Qeyd edək ki, Ronaldo peşəkar futbolçu karyerasına "Sportinq"də başlayıb. O, "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"da forma geyinib.

Ulduz futbolçu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir.

Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 29 oyun keçirib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.

Hücumçu beş dəfə "Qızıl top"u qazanıb.//baku.ws

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!