Ronaldo meydandan qovuldu, hakimi yumruqlamaq istədi - VİDEO

İDMAN

09 Aprel 2024 11:33

Oxunma sayi: 376
Ronaldo meydandan qovuldu, hakimi yumruqlamaq istədi -  VİDEO

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçı - “Əl-Hilal” və “Əl-Nəsr” komandalarının görüşündə insident baş verib.

Azmedia.Az offsideplus.az-a istinadən xəbər verir ki, 86-cı dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu qırmızı vərəqə alıb. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan sarğısını yerə atıb və hakimə yumruq vuracaqmış kimi edib. O, meydanı tərk edərkən hakimi alqışlayıb və azarkeşləri də buna səsləyib.

Qeyd edək ki, “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə onlar “Əl-İttihad”la qarşılaşacaqlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!