Rövşanə efirdə ağlayan aparıcıları ələ saldı

ŞOU BİZNES

17 Sentyabr 2019 20:12

Oxunma sayi: 305
Rövşanə efirdə ağlayan aparıcıları ələ saldı

"40 yaşım var, vecimə də deyil. Heç vaxt da yaşımı gizlətmirəm, hər zaman deyirəm. Enerjim var, ruhum cavan, gözlərim də parıldayır".

Azmedia.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Üç əlli" verilişində deyib. Aparıcı efirdə ağlayan həmkarlarını tənqid edib:

"Elgizlə mən bəzi aparıcılar kimi efirdə tamaşaçıya qoşulub ağlamamışıq. Biz artistlik etməyi bacarmırıq. Bəzən canlı yayımda kövrəldiyim anlar olub, amma heç vaxt ağlamamışam. Tamaşaçı dərdini sənə söyləməyə gəlirsə, sən niyə ona qoşulub ağlamalısan? Bu, yaxşı hal deyil".

Proqramda yer alan aparıcı Elgiz Əkbər də həmkarının sözünü təsdiqləyərək "Öz işləridir, ağlayıb ağlamamaqlarına qarışmıram. Amma heç vaxt ağlamamışam. Elə dəhşətli anlar olub ki, ürəyim partlayıb. Uşaq ayaqlarıma qapanıb ki, nə olar, qardaşımı ölməyə qoyma, bu cür çətin vəziyyətlərdə belə aparıcı özünü saxlamalıdır. Çünki tamaşaçı sənə pənah gətirir, ona qoşulub niyə ağlayım?" əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!