Röya “Maşın”ın iştirakçılarını tənqid etdi

ŞOU BİZNES

04 Oktyabr 2019 03:59

Oxunma sayi: 324
Röya “Maşın”ın iştirakçılarını tənqid etdi

Azmedia.az xəbər verir ki, sənətçi instaqram səhifəsində yarışmanın görüntülərini paylaşaraq oyunu şərh edib.

Röya qeyd edib ki, iştirakçılar şəxsi məsələlərə görə mübarizə aparırlar: "Bütün Azərbaycan xalqı möhtəşəm adamın şousuna baxır, eləcə də biz. İstanbulda yeməyə getdik. Bu saatda evə gəldik. Hər kəsə uğurlar arzu edirəm. Köhnə məsələləri "Maşın" şouda həll etmək doğrudur? Məncə, maşının davası getməlidir. Köhnə söhbətlərin, şəxsi davaların əleyhinəyəm".

Qeyd edək ki, ötən gün aşıq Namiq Fərhadoğlu müğənni Nazim Pişyarinin göstərişi ilə Kərim Abbasovu oyundan çıxardıb. Nazim buna səbəb kimi bir müddət əvvəl yaşanan hadisəni misal çəkib. Kərim isə 12 il əvvəl məclisdə Nazimin ona mikrofon vermədiyini, indi intiqam aldığını bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!