Rusiya ərazisində polislə silahlılar arasında atışma olub: Ölən və yaralananlar var - VİDEO

DÜNYA

29 Aprel 2024 13:31

Oxunma sayi: 354
Rusiya ərazisində polislə silahlılar arasında atışma olub:  Ölən və yaralananlar var - VİDEO

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında Yol Patrul Xidmətinin əməkdaşlarına silahlıların hücumu nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.

Məlumata görə, aprelin 29-da gecə saatlarında VAZ-2109 markalı maşından müvəqqəti polis postu istiqamətində partlayıcı atdıqdan sonra avtomatik silahdan atəş açmağa başlayıblar.

Qeyd edək ki, hadisə yerindən əldəqayırma bomba aşkarlanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!