Rusiyanın istifadə etdiyi İran istehsalı hərbi pilotsuz uçuş aparatı Latviya ərazisinə düşüb.
Azmedia.Az xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs "X" platformasında məlumat verib.
"Dünən Latviyanın şərqində Rusiyaya məxsus pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Biz müttəfiqlərimizlə sıx təmasdayıq", - deyə o yazıb və NATO-nun şərq cinahında oxşar hadisələrin sayının artdığını, onların həllinin vacibliyini vurğulayıb.
Hazırda məsul xidmətlər, o cümlədən polis insidentin səbəblərini araşdırmaqda davam edir. Latviya Milli Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya PUA-sı Belarus istiqamətindən ölkənin hava məkanına daxil olub.
Hadisə ilə bağlı hökumət rəsmiləri, hüquq-mühafizə orqanları və NATO ölkələrinə məlumat verilib.