Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

DÜNYA

17 Aprel 2024 14:38

Oxunma sayi: 184
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib:  Ölənlər və yaralananlar var  - FOTO/VİDEO

Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində azı 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşmüş hesab olunur.

Azmedia.Az xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib. Hazırda təcili yardım xidmətləri şəhərə raket hücumlarının nəticələrini aradan qaldırır.

Nazirin sözlərinə görə, dağıntılar altında hələ də insanlar var.

Axtarış-xilasetmə əməliyyatının davam etdiyini deyən Klimenko, Rusiyanın raket hücumu nəticəsində həlak olanlar arasında 25 yaşlı polis leytenantının da olduğunu bildirib.//AZƏRTAC

 

Çerniqova raket hücumu nəticəsində 11 nəfər həlak olub VİDEO

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!