Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

SİYASƏT

15 Aprel 2024 20:17

Oxunma sayi: 154
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə İsrailin Milli təhlükəsizlik Şurasının sədri Tsaxi Haneqbi arasında telefon danışığı olub.

Azmedia.Az “Report”a istinadən xəbər verir ki, tərəflər İranın İsrailə birbaşa hücumundan sonra Yaxın Şərqdə yaranan vəziyyəti müzakirə edib.

N.Patruşev Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün bütün tərəflərin təmkin nümayiş etdirməsinin vacibliyini vurğulayaraq ölkəsinin diplomatik həll tərəfdarı olduğunu söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!