Rusiya və Tacikistan birgə hərbi təlimlərə başladı

DÜNYA

15 Aprel 2024 19:58

Oxunma sayi: 156
Rusiya və Tacikistan birgə hərbi təlimlərə başladı

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimlərin açılışı “Harb Maydon” poliqonunda başlayıb.

Məlumata görə, Rusiya hərbi kontingentinin əsasını 201-ci Rusiya hərbi bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava qruplarının ekipajları təşkil edir.

İnformasiyaya əsasən, manevrlər zamanı iştirakçılar terrorçuların məhv edilməsi, eləcə də silahlı birləşmələrin hücumu zamanı sərhədin qorunması ilə bağlı tapşırıqları yerinə yetirəcəklər.

Təlimlər dağlıq ərazilərdə keçiriləcək və aprelin 18-dək davam edəcək.

Mənbə: Sputnik

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!