Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü - VİDEO

MARAQLI

27 Aprel 2024 19:33

Oxunma sayi: 195
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü  - VİDEO

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb.

Hadisə Zelenoqrad şəhərində baş verib.

Bildirilir ki, “QAZel” markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığı videogörüntülərdən aydın olur ki, yük maşını hərəkətə başlayan kimi qız kabinədən tullanıb, bundan sonra idarəetməsi itmiş “QAZel” piyadaların üzərinə gedib, birinin isə üstündən keçib.

Prokurorluğun məlumatına görə, hadisə nəticəsində 18 yaşlı şəxs yaralanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!