Rusiyada YouTube nin tezliklə bloklanacağı məlum olub

İKT

18 Yanvar 2023 16:10

Oxunma sayi: 414
Rusiyada YouTube   nin tezliklə bloklanacağı məlum olub

“Wagner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojin “YouTube”nin yaxın vaxtlarda Rusiyada bağlanacağıyla bağlı məlumat verib.

Bu haqqda biznesmenin mətbuat xidməti xəbər verib.

Wagner PMC-nin təsisçisi həmçinin RuTube, VKontakte, Odnoklassniki və digər xidmətlərin Rusiyada YouTube-ni əvəz edə biləcəyinə də qeyd edib.

Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev 2022-ci ilin mayında qeyd etmişdi ki, Rusiya hakimiyyəti YouTube-ni bağlamağı planlaşdırmır.

Bundan əlavə, vəkil Mark Feyqin və jurnalist Dmitri Qordon Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici fiziki agentlər kimi tanınıblar.

Mənbə: Ведомости

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!