Rüşvət alan polis qandallanacağını hiss edib iki həmkarını güllələdi VİDEO

DÜNYA

21 Sentyabr 2019 15:27

Oxunma sayi: 326
Rüşvət alan polis qandallanacağını hiss edib iki həmkarını güllələdi   VİDEO

Rusiyada həmkarlarını güllələyən polisin görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Azmedia.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident sentyabrın 18-də "Ryazansk Prospekt" metro stansiyasında, hüququ-mühafizə orqanlarının iki əməkdaşı polis serjantını rüşvət aldığını görə həbs etmək istəyərkən qeydə alınıb.

Kadrlarda, atışma stansiyanın polis otağında başladığı görülür. Serjant xidməti silahını çıxarır və iki həmkarına atəş açır. Bundan sonra zərərçəkmişlər atəşdən qaçmağa çalışırlar. Lakin, onlardan biri aldığı güllə yarasından küçədə həyatını itirib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!