“Saber Junction 19” təlimi davam edir

SİYASƏT

17 Sentyabr 2019 23:40

Oxunma sayi: 311
“Saber Junction   19” təlimi davam edir

Almaniyanın "Hohenfels" təlim mərkəzində keçirilən "Saber Junction - 19" çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.

Müdafiə Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!